manera.az
manera.az

"Oskar-2021” mükafatının laureatları açıqlandı - Siyahı

📅 26.04.2021 07:34

"Oskar-2021” mükafatının laureatları açıqlandı - Siyahı
Amerika kinoakademiyasının nüfuzlu mükafatı olan “Oskar”ın təqdimat mərasimi keçirilib.

Manera.az xəbər verir ki, təqdimat mərasimi Los-Ancelesdəki "Dolby" teatrında baş tutub.

Siyahını təqdim edirik:

"Ən yaxşı film" nominasiyasında rejissoru Xloe Çjao olan "Köçərlər diyarı",

"Ən yaxşı orijinal ssenari" nominasiyasında rejissor Emirald Fenelin "Ümid verən qız",

Ən yaxşı operator və quruluşçu-rəssam işinə görə Devid Finçerin "Mank",

"Ən yaxşı xarici film" nominasiyasında danimarkalı Tomas Vintenberqin "Daha birini",

İkinci dərəcəli aktyor kimi "İuda və qara messiya" filmində çəkilən Daniel Kaluya,

İkinci dərəcəli aktrisa kimi "Minari" filmində çəkilən Yun Yo Con, Ən yaxşı qrim, saç düzümü və geyimlərə görə "Ma Reyni: blyuz dəryası", "

"Ən yaxşı animasiya filmi" nominasiyasında Piter Dokter və Kemp Pauersin "Ruh" animasiya,

"Ən yaxşı aktyor" kimi rejissor Florian Zellerin "Ata" filmində çəkilən Entoni Hopkins və "ən yaxşı aktrisa" olaraq "Köçərilər diyarı" filmində çəkilən Frensis MakDormand,

Ən yaxşı qısametrajlı oyun filmi olaraq "İki uzaq qərib" və tam formatlı sənədli film olaraq "Mənim müəllimim - Səkkizayaq" filmləri, aktyor və aktrisaları Oskar mükafatlarını qazanıblar.


Baxış sayı - 626 | Yüklənmə tarixi: 26.04.2021 07:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031