manera.az
manera.az

74-cü BAFTA mükafatı təqdim edildi

74-cü BAFTA mükafatı təqdim edildi
Böyük Britaniyada BAFTA (Britaniya Kino və Televiziya Sənəti Akademiyası) laureatlarının 74-cü mükafatlandırma mərasimi baş tutub.

Manera.az xarici KİV-lərə istinadla xəbər verir ki, tarixdə ilk dəfə olaraq təqdimetmə mərasimi koronavirus pandemiyası səbəbindən iki gün ərzində və online formatda keçirilib.

Mərasimin ənənəvi olaraq keçirildiyi “Royal Albert Hall” sarayında yalnız aparıcılar səhnəyə çıxıb, iştirakçılar isə video zəng vasitəsilə mərasimə qoşulub.

Tədbirin mütləq qalibi Hloya Çjaonun “Köçərilərin torpağı” filmi olub. 60 yaşlı Fern adlı işsiz qadından bəhs edən kino əsəri “Ən yaxşı film”, “Ən yaxşı qadın rolu” (Frensis Makdormand), “Ən yaxşı rejissor işi” və “Ən yaxşı operator işi” nominasiyalarında “Tunc maska” mükafatını qazanıb.

Hloya Çjao BAFTA tarixində 2010-cu ildə “Qasırğa hökmdarı” filminə görə təltif edilən amerikalı Ketrin Biqeloudan sonra rejissor işinə görə mükafat alan ikinci qadın olub.

Entoni Hopkins “Ata” dramındakı roluna görə “Ən yaxşı kişi rolu” mükafatına layiq görülüb. Bu film, həmçinin “Ən yaxşı adaptasiya olunan ssenari” mükafatını da qazanıb.

“Ən yaxşı animasiya filmi” mükafatı Pit Dokterin “Qəlb” ekran əsərinə təqdim olunub. Cizgi filmi, həmçinin “Ən yaxşı orijinal saundtrek” prizini də əldə edib.

Rejissorlar Pippa Erlix və Ceyms Ridin Cənubi Afrikada osminoqla qeyri-adi dostluqdan bəhs edən və sualtı sakinlərin sirlərini açan “Müəllimim osminoq” əsəri “Ən yaxşı sənədli film” nominasiyasının qalibi olub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930