manera.az
manera.az

Vaqifin Şuşadakı məqbərəsi təmir edilir

📅 01.04.2021 17:41

Vaqifin Şuşadakı məqbərəsi təmir edilir
“Xarı bülbül” festivalının keçirilməsi ilə bağlı işlər aparılır. Bu il biz bu festivalı Şuşada keçirəcəyik”.

Manera.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov deyib.

Onun sözlərinə görə, Molla Pənah Vaqifin Şuşadakı məqbərəsi erməni vəhşiləri tərəfindən dağıdılıb: "1982-ci ildə həmin məqbərənin ulu öndər Heydər Əliyev tərəfindən açılışı olmuşdu. O, çox gözəl memarlıq abidəsi idi. Ancaq, təəssüflər olsun ki, erməni işğalçıları tərəfindən həmin abidə, demək olar ki, dağıdılıb. Prezidentin tapşırığı ilə onun bərpasına başlanılıb. Ümid edirəm ki, bərpa işləri bu ilin yayında başa çatacaq. Biz Molla Pənah Vaqifin poeziya günlərini Şuşada keçirəndə abidə hazır olacaq”.


Baxış sayı - 673 | Yüklənmə tarixi: 01.04.2021 17:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930