manera.az
manera.az

Cəngi rəqslərimiz haqqında ilk toplu

📅 28.03.2021 10:16

Cəngi rəqslərimiz haqqında ilk toplu
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin yeni “Azərbaycan Cəngi rəqsləri” adlı məcmuəsi nəşr olunub.

Manera.az xəbər verir ki, toplu Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə Mədəniyyət Nazirliyi tərəfindən nəşr edilib.

Ali Baş Komandan İlham Əliyevə və Ordumuzun qazandığı şanlı qələbəyə, eləcə də Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunan bu kitabda Cəngi havaları geniş tədqiq edilib və unudulmuş 28 cəngi rəqsinin not yazısı dərc edilib.

Qeyd edək ki, R.Bəhmənlinin bu tədqiqat əsəri Cəngi rəqsləri haqqında (aşıq cəngiləri istisna olmaqla) yazılmış ilk topludur. Bu qədim rəqs janri günümüzə kimi araşdırılmayıb. /kult.az/


Baxış sayı - 1 617 | Yüklənmə tarixi: 28.03.2021 10:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031