Yazıçı Azər Abdulla vəfat etdi

Yazıçı Azər Abdulla (Əhmədbəyli) vəfat edib.
Manera.az xəbər verir ki, bu barədə onun oğlu, yazıçı Alpay Azər məlumat verib.
O, atasının martın 20-də səhər saatlarında vəfat etdiyini və Xırdalan qəbiristanlığında dəfn edildiyini bildirib.
Qeyd edək ki, A. Abdulla bir müddət əvvəl koronavirusa (Covid-19) yoluxmuşdu.
Xatırladaq ki, yazıçı "Nazim Hikmət və Azərbaycan" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdi.
"Bir durna qatarıyıq", "Gedirəm gün doğana", "Səni gözləyirəm", "Bəyaz çiçəklər", "Qəmərlidən keçən qatar" və başqa kitabların müəllifidir. /apa.az/
Allah rəhmət eləsin!