manera.az
manera.az

Əfsanəvi azərbaycanlı partizan haqqında film çəkilir

📅 10.09.2020 11:06

Əfsanəvi azərbaycanlı partizan haqqında film çəkilir
Azərbaycanın məşhur partizanı Əhmədiyyə Cəbrayılov haqqında film çəkilir.

Manera.az xəbər verir ki, filmin rejissoru Mikayıl Mikayılovdur. Film Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin Əhmədiyyə Cəbrayılovun 100 illik yübileyinin qeyd olunması barədə sərəncamına uyğun olaraq istehsal olunacaq. Film İTV kanalında təqdim ediləcək.

Filmdə rolları Əli Əlizadə, Yaroslav Trifonov, Rasim Cəfər, Anar Məlikov, Faiq Mirzəyev, Müşviq Mirzəyev, Sona Mikayılova və başqaları oynayacaqlar.

Xatırladaq ki, Əhmədiyyə Cəbrayılov 1920-ci il sentyabrın 22-də Şəkidə doğulub. 1941-ci ildə könüllü olaraq cəbhəyə gedib. Sonra isə Fransanın Müqavimət Hərəkatına qoşulub. O, yüzlərlə fransızı faşistlərdən xilas edib, Şarl de Qollun dostu olub. Cəbrayılov Fransanın bütün ali hərbi mükafatlarına layiq görülüb – Fransa Hərbi Medalı, Fəxri Legionun Ali Ordeni, Hərbi Xaç ordeni və Hərbi Şücaətlərə görə Xaç ordeni. Çoxsaylı kəşfiyyat əməliyyatlarında Əhmədiyyə misilsiz şücaətlər göstərib. Müharibədən sonra, 1951-ci ildə Azərbaycana qayıdıb. /kulis.az/

Əfsanəvi azərbaycanlı partizan haqqında film çəkilir
Əfsanəvi azərbaycanlı partizan haqqında film çəkilir


Baxış sayı - 910 | Yüklənmə tarixi: 10.09.2020 11:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031