manera.az
manera.az

Ədəbiyyat tarixinin açılmayan müəmmaları

Ədəbiyyat tarixinin açılmayan müəmmaları
MANERA.AZ ədəbiyyat tarixinin ən məşhur müəmmalarını təqdim edir.

Coan Roulinq adlı yazıçı varmı?

Norveçli rejissor Nina Qranfildin qənaətinə görə gerçək həyatda Roulinq adlı yazıçı yoxdur. Belə ki, Roulinq “Harri Poter” adlı məşhur romanlar silsiləsini yazmazdan əvvəl adi bir müəllim olub. Onun iddiasına görə bu əsərlər kommersiya məqsədilə müəyyən bir qrup tərəfindən yazılıb – hətta əsərin reklam piarı da ən xırda detalına qədər öncədən planlaşdırılıb. Roulinq isə, sadəcə, bu roluna görə qonorar alan bir obrazdır.

Bacılarını Şarlotta Bronte öldürüb?

Məlum olduğu kimi ingilis ədəbiyyatının klassiklərindən sayılan Bronte bacılarının hər üçü – Şarlotta, Emili və Anna Bronte vərəmdən dünyasını dəyişib. Lakin kriminoloq Ceyms Tullinin iddiasına görə Şarlotta bacılarını qısqandığı üçün atasının köməkçisi Artur Nikolsla birləşərək onları zəhərləyib. Bacılar can üstə olarkən bütün varidatlarını və müəllif hüquqlarını Şarlottaya vəsiyyət edirlər. Sonradan Şarlottayla Artur nikaha girir. Ceyms Tullinin iddiasına görə kriminal tarixçə bununla yekunlaşmır. Artur Şarlottanı da zəhərləyir və bütün var-dövləti öz adına keçirir.

Tolkin mason idi?

İngilis ədəbiyyatının parlaq nümayəndələrindən olan Con Tolkinin mason olduğu və oxucularını yeni dünya nizamına hazırladığı iddia olunur. Ehtimallara görə onun “Üzüklərin əfəndisi” romanındakı personajlardan olan Sauronun gözü əslində masonluğa işarədir. Tolkin haqqında digər bir iddia isə Con Tooda məxsusdur. Onun fərziyyəsinə görə Tolkin romanlarını dini kitab olan “Kölgələr”dən köçürüb.

Şekspirin əsərlərini kim yazıb?

Şekspir təkcə ədəbiyyat yox, həm də sirlər aləminin ən qaranlıq fiqurlarındandır. Yaradıcı sima olaraq onun haqqında yazılan bir çox ehtimallara görə Şekspir əsərlərini tək yazmayıb. Özlərini “antistradfordianlar” adlandıranların qənaətinə görə ömrü boyu İngiltərədən kənara çıxmayan bir insan belə möhtəşəm əsərləri yaza bilməzdi. Onların ehtimalına görə Şekspirin əsərləri Xristofor Marlou, Edvard de Vir və Frensis Bekonun həmmüəlliflikləri ilə ərsəyə gəlib. Digər bir fərziyyəyə görə isə Bekonla Şekspir eyni adamdır./epiloq.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 1234
567891011
12131415161718
19202122232425
2627282930