manera.az
manera.az

Mahir Mehdinin yeni şeir kitabı çıxdı

📅 22.02.2021 19:10

Mahir Mehdinin yeni şeir kitabı çıxdı
Şair Mahir Mehdinin yeni şeirlər kitabı çapdan çıxıb.

Manera.az xəbər verir ki, "Bir eşq redaktəsi" adlanan kitab "Mücrü" nəşriyyatında nəşr olunub.

Kitabdan müəllifin bir şeirini təqdim edirik:

Bir eşq redaktəsi

Ayılarsan olanından,
qüvvədən düşər dünənin.
sözləşər,
şəklin dəyişib,
dörd hərfə sığar bədənin.

Əvvəl açaram daraqla
bitişmiş
varaqlarını.
Oxuyaram not yazılmış
varağın qıraqlarını.

Əvvəl düzərəm sıraya,
yoxlayaram
dönə- dönə.
Sonra artıq kəlmələri
arıtlaram dənə-dənə.

Sonra öpərəm adını,
sözlərini dişləyərəm.
Sonra yıxıb bir varağa
səni söz-söz
işləyərəm...

Ən ağır bir ritmə salıb,
rəngləyərəm cümlə-cümlə.
Səni yeni
redaktədə
çevirərəm bizim dilə...

Mahir Mehdinin yeni şeir kitabı çıxdı


Baxış sayı - 749 | Yüklənmə tarixi: 22.02.2021 19:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930