manera.az
manera.az

Orta məktəblərdə əyani dərslərin sayı artırılır

📅 20.02.2021 10:33

Orta məktəblərdə əyani dərslərin sayı artırılır
Bakıdakı orta məktəblərdə əyani dərslərin sayı artırılır.

Təhsil Nazirliyindən Manera.az-a verilən xəbərə görə, ölkədəki epidemioloji vəziyyət nəzərə alınaraq, Təhsil Nazirliyi tərəfindən orta məktəblərdə əyani dərslərin sayının artırılmasına qərar verilib.

22 fevraldan etibarən yeni cədvələ əsasən həftədə iki dəfə məktəbə gedəcək V-XI sinif şagirdləri 1 gün 4 dərs, digər gün isə 3 dərs keçəcəklər.

Xatırladaq ki, 1 fevraldan etibarən ibtidai siniflərdə həftədə 3 dəfə olmaqla, 15 fevraldan etibarən isə yuxarı siniflərdə həftədə 2 dəfə olmaqla əyani dərslər qismən bərpa olunub. Hazırkı cədvəllə şagirdlər bir gün 3, ikinci gün isə 2 dərs keçirilər.


Baxış sayı - 583 | Yüklənmə tarixi: 20.02.2021 10:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031