manera.az
manera.az

Müəllimlər üçün onlayn müsahibələrə start verilir

Müəllimlər üçün onlayn müsahibələrə start verilir
Müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə 4-20 may tarixlərində keçirilmiş onlayn müsahibələrdə iştirakını təsdiq etməyən 90 namizəd üçün növbəti həftə təkrar onlayn müsahibələr təşkil olunacaq.

Bu barədə Manera.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Onlayn müsahibələrin təşkilinə dair qərar ölkə ərazisində karantin rejiminin uzadılması və əyani müsahibələrin təşkilinin mövcud tələblərə uyğun olmaması ilə əlaqədardır.

İyulun 6-dan etibarən sözügedən kateqoriyaya aid olan namizədlərin şəxsi səhifələrinə müsahibədə iştiraklarını təsdiq etmələri barədə məlumat yerləşdiriləcək.

Namizədlər şəxsi səhifələrində yerləşdirilmiş təlimatla tanış olaraq, əlavə edilmiş hissəyə elektron ünvanlarını daxil etməli, həmçinin 8 iyul saat 23:59-dək müsahibədə iştiraklarını təsdiqləməlidirlər.

Namizədlər müsahibədə iştiraklarını təsdiq etmədikləri halda bu, imtina kimi qəbul ediləcək və onların ötən tədris ilində müddətli əmək müqaviləsi ilə çalışdıqları müəssisədəki dərs yükü müəllimlərin növbəti işə qəbulu müsabiqəsi zamanı vakansiya kimi elan olunacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031