manera.az
manera.az

İranda Azərbaycan türkcəsinin tədrisinə icazə verildi - İLK

📅 26.08.2019 10:28

İranda Azərbaycan türkcəsinin tədrisinə icazə verildi - İLK
2019-cu ilin sentyabrından İranın Şərqi Azərbaycan əyalətində məktəblərdə Azərbaycan türkcəsinin tədrisinə başlanılacaq.

Manera.az xəbər verir ki, bunu İranlı Tələbələr xəbər agentliyinə (İSNA) müsahibəsində Şərqi Azərbaycan üzrə Təlim-Təhsil şöbəsinin müdiri Cəfər Paşai bildirib.

“İranın Təhsil Nazirliyinin orta məktəblər üçün hazırladığı xüsusi proqrama əsasən, yerli xalqın öz dilində təhsil almaq istəyi nəzərə alınaraq, Şərqi Azərbaycan əyalətindəki məktəblərdə bundan sonra Azərbaycan türkcəsində də dərslərin keçilməsi qərara alınıb", - deyə şöbə müdiri qeyd edib.

Paşainin sözlərinə görə, dərslər 23 sentyabrdan etibarən həftədə 3 saat olmaqla tədris olunacaq.


Baxış sayı - 881 | Yüklənmə tarixi: 26.08.2019 10:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930