manera.az
manera.az

Bölgələrdə yaşayan rəssamlarla onlayn görüş keçiriləcək

📅 12.01.2021 10:48

Bölgələrdə yaşayan rəssamlarla onlayn görüş keçiriləcək
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə yanvarın 14-də saat 20:00-da bölgələrdə yaşayan rəssamlarla onlayn görüş keçiriləcək.

Qalereyadan Manera.az-a bildirilib ki, qurumun rəhbəri Qalib Qasımovun iştirakı ilə reallaşacaq görüş yerlərdə yaşayıb-yaradan rəssamların əlaqələrini inkişaf etdirmək, onların tanınması və yaradıcılıq mübadiləsi üçün əlavə zəmin yaratmaq, rəssamlarla əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə həyata keçirilir.

Layihə həmçinin rəssamların mədəniyyət müəssisələri (qalereyalar, muzeylər və s.) ilə əlaqələrinin sıxlaşması və regionlarda rəssamlıq işinin keyfiyyətinin artırılmasına vəsilə olacaq.

Qeyd edək ki, onlayn görüş “Zoom” proqramı vasitəsilə gerçəkləşəcək.


Baxış sayı - 632 | Yüklənmə tarixi: 12.01.2021 10:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031