manera.az
manera.az

Üzeyir Hacıbəyli yaradıcılığı rəssamların gözü ilə...

📅 10.11.2018 14:25

Üzeyir Hacıbəyli yaradıcılığı rəssamların gözü ilə...
İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığına həsr edilmiş plener keçirilib.

Manera.az xəbər verir ki, plener Mədəniyyət Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Ars Council Azerbaijan” təşkilatının birgə təşkilatçılığı ilə reallaşıb. Fırça ustaları dahi bəstəkarın portretini və yaradıcılıq fəaliyyətini rəsm qalereyasının sərgi salonunda tablolara köçürüblər.

Plenerdə gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak ediblər. Plener sənətkarların təkmilləşdirilməsi, istedadlı gənclərin və yaradıcı ziyalıların dəstəklənməsi məqsədi daşıyır.

MANERA.AZ


Baxış sayı - 1 130 | Yüklənmə tarixi: 10.11.2018 14:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031