Qarabağ qazisi "YAŞAT" Fonduna rəhbər təyin edilib

"YAŞAT" Fonduna rəhbər təyinatı olub.
Manera.az xəbər verir ki, Elvin Hüseynov Fonda rəhbər təyin edilib. Elvin Hüseynov Qarabağ qazisidir.
"ASAN məktub" layihəsinin rəhbəri Rəbiyyə Cəfərova isə Fondun müdir müavini təyin olunub.
***
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu ("YAŞAT" Fondu) komandasının üzvləri məlub olub.
Elşad Haşımov Bahadır oğlu (Qarabağ qazisi)
Nəbi Şükürov Balakişi oğlu (Qarabağ qazisi)
Şahin Musavi Saleh oğlu (Şəhid Saleh Musayevin oğlu)
Elvin Mirzəyev İlqar oğlu (Milli Qəhrəman İlqar Mirzəyevin oğlu)
Əliağa Zeynalov Əsgərağa oğlu (Qarabağ qazisi)
Suma Qubadbayəli Ağabala qızı (Birinci Qarabağ müharibəsi veteranının qızı)
Könül Hüseynli İsmayıl qızı (Birinci Qarabağ müharibəsi veteranının qızı)
Samida Abdalova Nadir qızı (Xüsusi Təyinatlı Qüvvələrin qazisinin həyat yoldaşı)
Elşən Abdullayev Mehman oğlu (Şəhid Mehman Abdullayevin oğlu)
Beləliklə, "YAŞAT" Fondu komandasının üzvləri 11 nəfər müəyyənləşib.