manera.az
manera.az

Alpay Azərin ilk romanı çap olundu - Foto

📅 05.01.2021 08:16

Alpay Azərin ilk romanı çap olundu - Foto
Alpay Azərin "Həyat epikrizi” romanı çapdan çıxıb.

Manera.az xəbər verir ki, roman "Qanun" nəşriyyatında işıq üzü görüb.

Sosial mövzulu əsərin əsas obrazı Murad iki yerdə işləyir, qazancı komforta yaxın həyat sürməyə imkan verir, amma eyni zamanda özündən qat-qat varlı dostundan pul umur və buna görə əzab çəkir.

Sonra Murad elə bir ağır vəziyyətə düşür ki, əlindəki pul onun dadına çatmır, dostuna ağız açası olur.

Səfil həyat sürənQarabağ qazisi ilə tanış olan Murad ona maddi, pul yardımı etsə də, bir müddət sonra yaxşılıq etməkdən bezir.

İnsanın borc alıb qaytara bilməməsindən, eyni zamanda yaxşılıq etməkdən bezməsindən, bir sözlə, insanın maddi nəsnələrdən asılılığından bəhs edən "Həyat epikrizi” müəllifin ilk romanıdır.

Alpay Azərin buna qədər hekayələrdən ibarət 2 nəsr kitabı ("Şax yeriyənlər” və "Yazıçı və arvadı”) çapdan çıxıb.

Alpay Azərin ilk romanı çap olundu - Foto


Baxış sayı - 675 | Yüklənmə tarixi: 05.01.2021 08:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031