manera.az
manera.az

Gənc musiqiçilər üçün onlayn müsabiqə

Gənc musiqiçilər üçün onlayn müsabiqə
Karantin dövründə yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə “Notların möcüzəsi” adlı onlayn musiqi müsabiqəsinə start verilir.

Manera.az xəbər verir ki, müsabiqənin məqsədi Azərbaycan bəstəkarlarının retro musiqilərinin müasir zövqü oxşayacaq yeni ifa tərzlərini ərsəyə gətirmək və gənc virtuoz musiqiçiləri üzə çıxarmaqdır.

İstedadına güvənən gənclər- tələbələr, musiqi təhsili olmayan istedadlı ifaçılar həmçinin musiqi kollektivləri ölkənin istənilən yerindən onlayn şəkildə müsabiqəyə qatıla, musiqi alətlərində instrumental ifalarını nümayiş etdirə bilər.

Müsabiqədə iştirak etmək istəyən gənclər öz ifalarını 2021-ci il yanvarın 24-dək videogörüntü şəklində musabiqe@uyd.az elektron poçt ünvanına təqdim etməlidirlər.

Müsabiqə şərtləri və qaydaları haqqında daha ətraflı məlumatı müsabiqənin sosial şəbəkədəki “facebook” hesabından ( https://www.facebook.com/notlarinmocuzesi ) əldə etmək olar.

Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi tərəfindən elan olunan müsabiqə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan “Notların möcüzəsi” gənc virtuozlar layihəsi çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində, həmçinin Azərbaycan bəstəkar musiqilərinin sosial şəbəkə istifadəçiləri arasında təbliğ edilməsi məqsədilə musiqi animasiyalarının hazırlanması da nəzərdə tutulur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031