manera.az
manera.az

Gənc skripkaçımız beynəlxalq müsabiqənin yarımfinalında

Gənc skripkaçımız beynəlxalq müsabiqənin yarımfinalında
Gənc virtuoz-skripkaçı, Əməkdar artist Elvin Xoca Qəniyev Corc Enesku adına beynəlxalq müsabiqənin yarımfinalına vəsiqə qazanıb.

Manera.az xəbər verir ki, yarımfinalda həmvətənimizlə birlikdə Cennaro Kardaropoli (İtaliya), Civon Kim (Cənubi Koreya), Tassilo Probst (Almaniya), Tomotaka Seki (Yaponiya), Valentin Serban (Rumıniya), Ayaka Usio (Yaponiya), Cavon Ui (Cənubi Koreya) iştirak edəcəklər.

Bu il müsabiqə yeni formatda keçirilir. İlk iki tur onlayn formatda avqustun 20-dən başlayaraq bir ay ərzində keçirilir, violonçel, skripka, fortepiano kateqoriyaları üzrə yarımfinal və finallar isə gələn il mayın 13-21-də Buxarestin “Rumın ateneum” konsert zalında baş tutacaq.

Xatırladaq ki, Elvin Xoca Qəniyev bir çox beynəlxalq müsabiqə və festivallarda uğurla çıxış edib. O, K.Lipinski adına, G.Venyavski adına, P.Çaykovski adına və D.Oystrax adına skripkaçıların beynəlxalq müsabiqələrinin laureatıdır. Elvin Xoca Qəniyev, həmçinin Berlində keçirilmiş II beynəlxalq musiqi müsabiqəsinin qızıl medalına layiq görülüb. Onun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031