manera.az
manera.az

“Qarabağ Zəfəri” adlı rəsm müsabiqəsi elan edildi

“Qarabağ Zəfəri” adlı rəsm müsabiqəsi elan edildi
Türkiyə və Azərbaycan Gənclər fondlarının ortaq layihəsi çərçivəsində Vətənimizin Qarabağ Zəfərinə həsr olunan “Qarabağ Zəfəri” adlı rəsm müsabiqəsi elan olunub.

Manera.az xəbər verir ki, müsabiqənin əsas məqsədi Qarabağ Zəfərini türkiyəli və azərbaycanlı gənclərin gözü ilə görmək və hər iki ölkə gəncləri arasında qardaşlıq duyğularını daha da möhkəmləndirməkdir.

Müsabiqə hər iki ölkənin gəncləri üçün eyni tarixlərdə eyni şərtlərlə həyata keçiriləcəkdir.

Müsabiqədə I, II və III yerləri qazanan gənclər 3 günlük Türkiyəyə səfər edəcəklər. Müsabiqədə 14-17 yaşlı Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər. İştirakçılar müsabiqəyə ölçüsü ən azı A4 vərəqi böyüklüyündə olan rəsmlərlə qatıla bilər. İştirakçılar istənilən boya növü və rəsm texnikasını istifadə etməkdə sərbəstdir. Rəsmlər ancaq əl işlərindən ibarət olmalı, onların hazırlanması zamanı heç bir kompüter və ya digər texnologiya vasitələrinin imkanlarından istifadəyə yol verilməməlidir.

Daha öncə başqa müsabiqələrə təqdim olunmuş və ya mükafat qazanmış rəsmlər təkrarən istifadə oluna bilməz. Hər iştirakçı müsabiqəyə yalnız 1 rəsm təqdim edə bilər. Rəsmin üzərində və ya arxasında iştirakçının adı və ya ona aid imza qeyd edilməməlidir.

Müsabiqə qaliblərinin adları və əsərləri Fondun rəsmi veb və sosial media səhifələrində yerləşdiriləcək.

Müsabiqədə iştirak etmək üçün https://youthfoundation.az/110017/ linkindən istifadə edərək ərizə forması doldurulmalıdır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031