manera.az
manera.az

Seyid Əzimin "Qəzəllər" kitabı Daşkənddə nəşr edilib

📅 21.09.2020 16:20

Seyid Əzimin "Qəzəllər" kitabı Daşkənddə nəşr edilib
Daşkənddə Seyid Əzim Şirvaninin qəzəlləri toplusu ayrıca kitab halında nəşr olunub.

İlk dəfədir ki, XIX əsr Azərbaycan poeziyasının bu parlaq təmsilçisinin əsərləri belə geniş həcmdə xarici oxuculara təqdim edilir.

Manera.az xəbər verir ki, Daşkənddəki “VneşinvestProm” nəşriyyatında gözəl bədii tərtibatda buraxılmış “Qəzəllər” kitabının tərcüməçisi Özbəkistanın tanınmış şairi Tohir Qahhardır. Kitaba Seyid Əzim Şirvaninin 233 qəzəlinin bədii tərcüməsi daxil edilib.

Yaxın vaxtlarda Seyid Əzim Şirvaninin özbəkcə nəşr edilmiş “Qəzəllər” kitabının Daşkənddə və Bakıda təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan klassik poeziyasının görkəmli nümayəndəsi və maarifçi Seyid Əzim Şirvaninin bu il 185 illiyi tamam olur.


Baxış sayı - 622 | Yüklənmə tarixi: 21.09.2020 16:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930