manera.az
manera.az

A məktəb yolları, məktəb yolları - Günün Şeiri

A məktəb yolları, məktəb yolları - Günün Şeiri
15 sentyabr Azərbaycanda ilk təhsil günüdür. MANERA.AZ bu münasibətlə Xalq şairi Bəxtiyar Vahabzadənin məşhur "Məktəb yolları" şeirini təqdim edir.

A məktəb yolları, məktəb yolları,
Sizi bir an belə unutmadım mən.
Könlüm min həsrətlə titrəyib əsir
Hər dəfə, hər dəfə keçəndə sizdən.

Uşaqlıq günlərim düşür yadıma
Məktəbə aparır məni bu yollar.
O gözəl günlərdə hər kiçik anın
Sevinclərlə dolu bir aləmi var!

Hər gün iki dəfə keçirdim sizdən.
Kəssə də yolumu qar, boran, sazaq.
Gedişim yüngüldü, gəlişimdə mən
Hər dəfə bir pillə artırdım ancaq.

A mənim uşaqlıq dostum, həmdəmim!
Sən bilsən, nə qədər mənə əzizsən.
Hər kiçik daşının üstündən azı,
Atlanıb keçmişəm min bir dəfə mən.

Kamalım gün-gündən pərvazlanaraq
Bütün kainata açardı qanad.
Elmin sirlərini duyduqca mənə –
Daha da mənalı gəlirdi həyat.

Yararaq keçmişəm sənin üstünü –
Bürüyən dumanı, bürüyən sisi.
Sənsən ömrüm boyu, həyatım boyu
Getdiyim yolların ən şərəflisi!

İndi nə dərdim var, nə də bir qəmim.
Açılıb ömrümün qızıl baharı.
Məni səadətə siz apardınız,
A məktəb yolları, məktəb yolları!

Foto: İlkin NəbiyevБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123456
78910111213
14151617181920
21222324252627
282930