manera.az
manera.az

Dünya şöhrətli aktyor Əhmədiyyə Cəbrayılovla bağlı bədii filmə çəkiləcək

📅 10.02.2019 22:29

Dünya şöhrətli aktyor Əhmədiyyə Cəbrayılovla bağlı bədii filmə çəkiləcək
Hollivudun məşhur aktyoru, döyüş filmlərinin “ulduzu” Mark Dakaskos Azərbaycan xalqının qəhrəman oğlu, ikinci dünya müharibəsində Fransa Müqavimət Hərəkatında döyüşmüş Əhmədiyyə Cəbrayılov haqqında çəkiləcək bədii filmdə oynamağa razılıq verib.

Manera.az xəbər verir ki, bu barədə filmi çəkməyə hazırlaşan Rusiyanın “Mac Entertainment Consulting and Recruiting” şirkətinin produseri Aleks Karim açıqlama verib: ““Generalların önündə” filminin ssenarisi ilə Hollivudda maraqlanıblar. Biz artıq Mark Dakqaskosun agenti İbrahim Xarayevlə saziş imzalamışıq”.
Dünya şöhrətli aktyor Əhmədiyyə Cəbrayılovla bağlı bədii filmə çəkiləcək
Xatırladaq ki, bir müddət öncə “Mac Entertainment Consulting and Recruiting” şirkətinin Əhmədiyyə Cəbrayılovla bağlı film çəkməyə hazırlaşdığı xəbəri yayılıb. Fransanın arxiv sənədləri əsasında çəkiləcək bu ekran əsəri Ə.Cəbrayılovun Fransa Müqavimət Hərəkatında keçdiyi döyüş yolundan bəhs edəcək. A.Karimin sözlərinə görə, Mark Dakaskosun prosesə cəlb edilməsi filmə marağı daha da artıracaq.

Mark Dakaskos dünya şöhrətli aktyordur. Bu ilin may ayında onun Kian Rivz və Holli Berri ilə birgə rol aldığı “Con Uik-3” filmi dünya premyerası olacaq.

MANERA.AZ


Baxış sayı - 1 333 | Yüklənmə tarixi: 10.02.2019 22:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031