manera.az
manera.az

"Çölçü" İtaliyada mükafat qazandı

📅 09.09.2020 11:27

"Çölçü" İtaliyada mükafat qazandı
Azərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” filmi daha bir uğura imza atıb.

Manera.az xəbər verir ki, MIRABILIA INTERNATIONAL FILM AWARDS 2020 (İtaliya) beynəlxalq kinofestivalının münsiflər heyəti “Çölçü”nü “Ən yaxşı bədii film” mükafatına layiq görüb.

COVID-19 pandemiyası ilə əlaqədar olaraq müsabiqənin nəticələri onlayn rejimdə elan edilib.

Film Mədəniyyət Nazirliyinin sifarişi ilə 2012–ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilib.

Film artıq 85 beynəlxalq kinofestivallarda iştirak edib və 45-dən çox mükafata layiq görülüb.


Baxış sayı - 607 | Yüklənmə tarixi: 09.09.2020 11:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031