manera.az
manera.az

"Şeyx Sənan" Özbəkistanda tamaşaya qoyulacaq

📅 20.08.2020 13:45

"Şeyx Sənan" Özbəkistanda tamaşaya qoyulacaq
Hüseyn Cavidin “Şeyx Sənan” əsəri Özbəkistanın Buxara Vilayət Musiqili Dram və Komediya Teatrında özbək dilində tamaşaya qoyulacaq.

Manera.az xəbər verir ki, bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Buxara vilayətinin rəhbərləri arasında razılıq əldə olunub.

Artıq Özbəkistanın Mədəniyyət Nazirliyi əsərin tamaşaya qoyulmasını təsdiq edib və tamaşa dövlət sifarişi ilə maliyyələşdiriləcək.

Qeyd edək ki, 100 ildən çoxdur Azərbaycan yazıçılarının əsərləri, xüsusilə “Arşın mal alan” Orta Asiyanın müxtəlif teatrlarında tamaşaya qoyulur və həmişə də anşlaqla qarşılanır. Hələ ötən əsrin əvvəllərində azərbaycanlı maarifçilər - Seyid Rza Əlizadə, Sidqi Ruhulla, rejissor Mirzə Həbib Axundzadə və digər mədəniyyət, teatr xadimləri Orta Asiyada azərbaycanlılardan ibarət teatr truppası yaradaraq yazarlarımızın əsərlərini Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm və Səmərqənd şəhərlərində teatrsevərlərə təqdim ediblər.


Baxış sayı - 633 | Yüklənmə tarixi: 20.08.2020 13:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930