manera.az
manera.az

Tələbələrin köçürülməsinə başlanılır

📅 16.08.2020 10:27

Tələbələrin köçürülməsinə başlanılır
Avqustun 17-dən tələbələrin köçürülməsi prosesinə start veriləcək.

Manera.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, elektron sənəd qəbulu avqustun 23-dək davam edəcək.

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də, ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir.

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir.

Bunun üçün təhsilalanlar tələb olunan məlumatı daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.


Baxış sayı - 801 | Yüklənmə tarixi: 16.08.2020 10:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930