manera.az
manera.az

Baş nazirdən tapşırıq - bu şəxslərin işləməyi qadağan edilsin!

📅 13.08.2020 13:32

Baş nazirdən tapşırıq - bu şəxslərin işləməyi qadağan edilsin!
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov 48 mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, həmçinin dövlət qurumlarının rəhbərlərinə məktub göndərib.

Bu barədə Manera.az-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Sənəddə dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi ilə bağlı tapşırıqlar yer alıb.

Məktubda qeyd olunub ki, həmin dövlət orqanlarında işə cəlb edilən işçilərin sayı ən çoxu 50 faizə qədər (əvvəl bu 20 faiz idi) müəyyən edilməlidir.

Bundan başqa, dövlət orqanlarında 65 yaşdan yuxarı işçilər işə cəlb edilməməlidir.

Eyni zamanda həmin dövlət orqanlarında əməkdaşlar həftələr üzrə qrafik müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb edilməlidir.

Bu tapşırıqlar 10 avqust tarixindən 31 avqust tarixinədək 48 mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmçinin dövlət qurumlarında tətbiq edilməlidir.


Baxış sayı - 561 | Yüklənmə tarixi: 13.08.2020 13:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930