manera.az
manera.az

I və IV qrupların imtahan tarixi açıqlandı

📅 10.08.2020 16:57

I və IV qrupların imtahan tarixi açıqlandı
I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsi 20-21 avqust tarixlərində keçiriləcək.

Bu barədə Manera.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.

Məlumata görə, 20-21 avqust 2020-ci il tarixlərində imtahan keçiriləcək rayon və şəhərlərin qrafiki, həmçinin “İmtahana buraxılış vərəqəsi” imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

Qeyd olunan tarixlərdə II və III ixtisas qrup üzrə ali təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) da keçiriləcək.


Baxış sayı - 979 | Yüklənmə tarixi: 10.08.2020 16:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930