manera.az
manera.az

“Şirməmməd Hüseynov mükafatı”nı alacaq ilk şəxsin adı açıqlandı

📅 22.07.2020 11:51

“Şirməmməd Hüseynov mükafatı”nı alacaq ilk şəxsin adı açıqlandı
Parlament Jurnalistləri Birliyinin (PJB) ötən il elan etdiyi “Şirməmməd Hüseynov mükafatı”nın qalibi müəyyənləşib.

Bu barədə Modern.az-a PJB sədrinin müavini, “Şirməmməd Hüseynov mükafatı”nın Ekspert Komissiyasının sədri Elşad Paşasoy bildirib.

“Nəzərdə tutulan prosedur qaydalara uyğun olaraq müzakirələrdən sonra qalib müəyyənləşdi. “Şirməmməd Hüseynov Mükafatı”nın ilk qalibi Azərbaycanın dəyərli aydınlarından biri, böyük araşdırmaçı, 1-ci dərəcəli müşavir-diplomat Ramiz Abutalıbovdur”.

E.Paşasoy bildirib ki, Şirməmməd Hüseynov ömrünün 70 ilindən çoxunu daxili auditoriyaya xitabən araşdırmalara həsr edib, Cümhuriyyət və media tariximizin qaranlıq səhifələrinə işıq salıb, insanlarımızı tariximizdən agah etməyə çalışıbsa, Ramiz Abutalıbov yorulmaz fəaliyyəti dövründə daha çox xarici arxivlərə xitab etmiş böyük ziyalımızdır.

“Mükafata namizəd olan 15 nəfərin hər biri onu qazanmağa layiq idi. Namizədlər sırasında çox dəyərli insanlarımız, ziyalılarımızın adları var idi. Amma yekunda ən çox səs toplayan qalib oldu. PJB-nin gəldiyi qənaət odur ki, Ramiz Abutalıbovun bu mükafata haqqı çatır. Biz bu münasibətlə ilk qalibimizi, dəyərli Ramiz müəllimi ürəkdən təbrik edirik”.

E.Paşasoy onu da bildirib ki, qalibin adının daha erkən açıqlanması planlaşdırılsa da, Tovuz istiqamətində baş verənlər hamının diqqətini cəbhəyə yönəltdi:

“Mükafatın hər il Milli Mətbuat günündə təqdim olunması nəzərdə tutulurdu. Lakin Şirməmməd Hüseynovun ailə üzvlərinin istəyinə əsasən bu məsələdə dəyişiklik edildi, bundan sonra mükafat hər il böyük ziyalımızın doğum günündə - dekabrın 17-də təqdim olunacaq. Digər tərəfdən, pandemiya ilə bağlı Ramiz Abutalıbov indi Moskvadan Bakıya gələ bilmir. Amma inanırıq ki, koronavirus dövrü arxada qalacaq və Ramiz müəllimi Bakıda ziyarət edə biləcəyik”.

“Şirməmməd Hüseynov mükafatı”nı alacaq ilk şəxsin adı açıqlandı


Baxış sayı - 624 | Yüklənmə tarixi: 22.07.2020 11:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031