manera.az
manera.az

Azərbaycan şəhidləri ilə vidalaşdı - FOTOLAR

Azərbaycan şəhidləri ilə vidalaşdı - FOTOLAR
İyulun 12-13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan 4 hərbi qulluqçusu ilə vida mərasimi keçirilib.


***
İyulun 13-də düşmən təxribatı nəticəsində Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan baş leytenant Mahmudov Rəşad Rəşid oğlunun nəşi doğulduğu Biləsuvar rayon Aşağı Cürəli kəndinə gətirilib.

Manera.az xəbər verir ki, vida mərasimində rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü şəhid Ali Hərbi Məktəbin məzunu olub və subay idi.


***
Ağstafa rayonunda şəhidlə vida mərasimi keçirilib.

Manera.az xəbər verir ki, Azərbaycan Ordusunun giziri Sadıqov Vüqar Lətif oğlunun nəşi doğulduğu Ağstafa rayonu Yuxarı Göcəli kəndinə aparılıb. Vida mərasimində rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdən yayılan fotoda şəhidin övladları yer alıb. Mərhumun 2 qız, 1 oğlu olub.


***
İyulun 12-də Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu, baş əsgər 1996-cı il təvəllüdlü Elşad Dönməz oğlu Məmmədov dəfn olunub.

Manera.az xəbər verir ki, E.Məmmədovun cənazəsi doğulduğu Tovuzun Ağdam kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yerli sakinlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon icra hakimiyyətinin nüməyəndələri iştirak edib.

Şəhid ailəli olub, 6 aylıq oğlu var.


***
Azərbaycan Ordusunun Ermənistanın təxribatı nəticəsində şəhid olan əsgəri Xəyyam Daşdəmirov İsmayıllı rayonunun Balik kəndində torpağa tapşırılıb.

Manera.az xəbər verir ki, şəhidin cənazəsi vidalaşmaq üçün əvvəlcə doğulduğu evə gətirilib.

Vida mərasimdən sonra X.Daşdəmirovun cənazəsi qəbiristanlığa aparılıb. Kənd sakinləri şəhidin cənazəsini Azərbaycanın Dövlət Himni ilə yola salıblar.

Dəfn mərasimində İsmayıllı rayon İcra Hakimiyyətinin və digər dövlət qurumlarının rəsmiləri iştirak edib.

Azərbaycan şəhidləri ilə vidalaşdı - FOTOLAR
Azərbaycan şəhidləri ilə vidalaşdı - FOTOLAR
Azərbaycan şəhidləri ilə vidalaşdı - FOTOLAR
Azərbaycan şəhidləri ilə vidalaşdı - FOTOLAR
Azərbaycan şəhidləri ilə vidalaşdı - FOTOLAR
Azərbaycan şəhidləri ilə vidalaşdı - FOTOLARБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31