manera.az
manera.az

Xalq rəssamı Mayis Ağabəyov vəfat edib

📅 18.06.2020 08:25

Xalq rəssamı Mayis Ağabəyov vəfat edib
Xalq rəssamı Mayis Ağabəyov vəfat edib.

Manera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov məlumat verib.

Azərbaycan təsviri sənətinin inkişafında müstəsna xidmətləri olan Mayis Ağabəyov milli kino sənətinin inkişafında əvəzsiz xidmətləri olan sənətkarlardandır.

Mayis Əlişir oğlu Ağabəyov 1 may 1941-ci ildə Bakıda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib. 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsini bitirərək, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb.

"Babək", "Nəsimi", "Nizami", "Əlvida, cənub şəhəri", "Günaydın, mələyim!" və başqa filmlərin quruluşçu rəssamı olub.

2000-ci ildə "Xalq rəssamı” fəxri adına layiq görülüb.

2004-cü ildən Prezident təqaüdçüsüdür.


Baxış sayı - 812 | Yüklənmə tarixi: 18.06.2020 08:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930