manera.az
manera.az

"Bir səbət tənhalıq" nümayiş olunacaq

📅 15.06.2020 09:56

"Bir səbət tənhalıq" nümayiş olunacaq
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində dramaturq və aktyor Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanmış “Bir səbət tənhalıq” tamaşası iyunun 24-də sənət ocağının sosial şəbəkələrdəki hesabları vasitəsilə onlayn nümayiş ediləcək.

Manera.az xəbər verir ki, müvafiq olaraq saat 19:00-da izləyicilərin ixtiyarına veriləcək səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır.

Rejissor Nofəl Vəliyev tamaşa haqqında məlumat verərək çox aktual bir məsələ qoyulduğu üçün bu pyesə müraciət etdiyini bildirib. O, tamaşada əlil insanların cəmiyyətə inteqrasiya olunmasının diqqət mərkəzində olduğu qeyd edərək vurğulayıb ki, heç kim qüsurlu doğulmaqdan sığortalanmayıb.

Tamaşada söhbət mənəvi tənhalıqdan gedir, səhnə əsəri iki tənha qəlbin nəhayətdə bir-birini tapmasından bəhs edir.


Baxış sayı - 590 | Yüklənmə tarixi: 15.06.2020 09:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031