manera.az
manera.az

“Bir səbət tənhalıq” İrana dəvət alıb... - MANERA.AZ

📅 09.12.2015 15:31

      “Bir səbət tənhalıq” İrana dəvət alıb... - MANERA.AZ
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı İran İslam Respublikasına qastrol səfəri edəcək.

Qərbi Azərbaycan əyalətinin mərkəzi olan və İranın şimal-qərbində yerləşən Urmiya şəhərinin Mədəniyyət İdarəsindən teatra gələn dəvət məktubuna əsasən qastrol səfəri çərçivəsində “Bir səbət tənhalıq” tamaşası nümayiş etdiriləcək.

2014-cü ildə yazıçı-dramaturq Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanmış və teatrın kiçik səhnəsində nümayiş etdirilmiş tamaşa ötən il Türkiyə Cumhuriyyəti Dənizli bölgəsində keçirilmiş Beynəlxalq Teatr Festivalında uğurla çıxış edərək mükafata layiq görülüb.

Məlumat üçün bildirək ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar Artist Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır.
Fiziki qüsurlu gənc qız və bəxtsiz cavandan bəhs edən tamaşada rolları Güşvər Şərifova və Eşqin Quliyev ifa edirlər.

Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 1 428 | Yüklənmə tarixi: 09.12.2015 15:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930