Salvador Dalidən 26 dahiyanə aforizm

Manera.az Salvador Dalinin 26 dahiyanə aforizmini təqdim edir.
***
Dəli ilə mənim aramda bircə fərq var. Dəli özünün ağıllı olduğunu sanır, mən isə dəli olduğumu bilirəm.
***
Mən narkotikdən istifadə etmirəm. Narkotik mənəm!
***
Yaxşı rəssam olmaq çox asandır. Bunun iki şərti var. 1 İspan olmalısınız. 2 Adınız Salvador Dali olmalıdır.
***
Siqarət çəkmədiyim üçün bığ saxlamağa başlamışam. Yenə də özümlə portsiqar gəzdirirəm. İçində isə siqaret yerinə bir neçə bığ olur. Bunu dostlarıma göstərəndə heyrətə düşürlər. Mənim üçünsə bu bığlarımın müqəddəsliyini yoxlamaqdır.
***
Həqiqi sənətkar ilham alan yox, ilham verəndir.
***
Tanrı insanı yaratdı, insan isə metrik sistemi.
***
Qəribə deyiləm, sadəcə anormalam.
***
Saxta xatirələrlə əsl xatirələr arasındakı fərq daş-qaşlardakı fərq kimidir.
Saxta olanlar həmişə daha gözəl görünür.
***
Təqlid etmək istəməyənlər heç bir şey yarada bilməz.
***
Bir qadının yanaqlarını gülə bənzədən ilk adam heç şübhəsiz ki, şairdir. Bunu təkrar edən adamlar isə axmaq.
***
Surrealizm dağıdıcıdır. O bizim təxəyyülümüzə vurulan buxovları qırıb atır.
***
Həftədə 20 kilo paltar yumaqdansa, aşiq olduğum qadından ayrılmaq daha asandır.
***
İnsanların mənim ciddi olduğuma və zarafat etdiyimi bilmələrinə ehtiyac yoxdur. Heç özüm də bunu bilmirəm.
***
Portreti modelə bənzəsin deyə çəkmirəm. Vaxt keçdikcə model özü portretə bənzəməyə başlayır.
***
6 yaşım olanda aşpaz olmaq istəyirdim. 7 yaşımda Napoleon. O gündən bu yana ambisiyalarım müntəzəm şəkildə artır.
***
Ambisiyasız zəka qanadları olmayan quşdur.
***
Səhvlər həmişə və daima müqəddəs təbiətə malikdir. Onları düzəltməyə çalışmayın. Əksinə onları rasionallaşdırın və başa düşməyə çalışın.
***
Hər şey məni başqalaşdırır, heç nə məni dəyişdirmir.
***
Müasir sənət nəhəng bir tragediyadır.
***
Əgər çəkməmiş rəsmi başa düşdünüzsə, çəkməsəniz də olar.
***
Uğurun termometri xroniki narazıların qısqanclığıdır.
***
Mükəmməllikdən qorxmayın. Çünki ona çata bilməyəcəksiniz.
***
Ustanın evinizdəki kanalizasiyanı açmasından daha böyük xoşbəxtlik yoxdur. Heç bir yazıçının romanı bu qədər ləzzət vermir.
***
Modern olmağa çalışmayın, təəssüf ki,modernlikdən xilas olmaq mümkün deyil.
***
Mən təlxək deyiləm. Təlxək dəliliyini gizlətmək üçün özünü ciddi aparan və məntiqsiz dərəcədə hiyləgər olan cəmiyyətdir. /epiloq.az/
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.