manera.az
manera.az

Onu unutmağa çalışmaq, həmişə onu xatırlamaqdır...- REMARK

Onu unutmağa çalışmaq, həmişə onu xatırlamaqdır...- REMARK
Manera.az məşhur alman yazıçısı Erix Mariya Remarkın əsərlərindən sitatlar təqdim edir:

Qadın sevgidən ağıllanır, kişi başını itirir.

Heç kim keçmişdə sevdiyin adamdan daha yad ola bilməz.

İnsan həqiqətən sevəndə necə də əfəlləşir! Özünə əminlik necə də tez yoxa çıxır! Adam necə tənha olur; bütün tərifli təcrübə tüstü kimi havaya sovrulur və adam özünü inamsız hiss edir.

İnsan ömrü bir sevgi yaşamaq üçün çox uzundur. Lap uzundur. Sevgi möhtəşəmdir. Ancaq iki tərəfdən hansınınsa ürəyi həmişə sıxılır. Digər tərəf isə heç nəsiz qalır. Süstləşir və nəyisə gözləyir...Dəli kimi gözləyir...

Mənə elə gəlir ki, qadın heç vaxt kişiyə onu sevdiyini deməməlidir. Qoy onun parıldayan gözləri desin bunu.

İndi ancaq inəklər xoşbəxtdir.

Bir insan başqasına bir damcı istilikdən başqa nə verə bilər? Və bundan daha böyük nə ola bilər? Sən sadəcə heç kimi çox yaxına buraxma. Buraxsan həmişə yanında saxlamaq istəyəcəksən. Heç nəyi saxlamaqsa olmaz...

Qadınlara ya gərək ibadət edəsən, ya da tərk edəsən. Qalan hər şey yalandır.

Xoşbəxtlik haqda 5 dəqiqədən artıq danışmaq olmur. Çünki xoşbəxt olduğunu deməkdən başqa bir söz tapmırsan. Bədbəxtlikdənsə bütün gecəni danışmaq olar.

Sevdiyi ilə görüşün xoşbəxtliyini ancaq bir dəfədən çox tərk edilmiş adam bilər.

İstənilən sevgi ömürlük olmaq istəyir. Elə əbədi əzabı da bundan qaynaqlanır.

Bir insandan tamamilə ayrıldıqdan sonra onunla bağlı hər şeylə həqiqətən maraqlanmağa başlayırsan. Bu da sevginin paradokslarından biridir.

Ən gözəl şəhər odur ki, orada insan xoşbəxtdir.

Təslim olmayana qədər insan taleyindən güclü olur.

Primitiv insan özü haqda daha yüksək fikirlərə düşür.

Sevgi izahatlara dözümsüzdür. Ona hərəkət lazımdır.

Kiminsə öz ağlını nümayiş etdirməyini seyr etmək çox yorucudur. Xüsusən də o ağıl yoxdursa.

Hamının eyni cür hissetmə qabiliyyətinin olmağını düşünmək yanlışdır.

İnsan əslində vaxta nə qədər az diqqət yetirirsə və qorxu onu nə qədər az izləyirsə, bir o qədər xoşbəxtdir. Lap qorxu səni qarabaqara izləyir, yenə də gülmək olar. Əlimizdən başqa nə gəlir ki?

Bir şeyi yadda saxla: qadının gözündə bir də heç vaxt onun üçün nəsə edəndə göründüyün kimi gülməli görünməyəcəksən.

Başqasına məxsus olan qadın subaydan beş dəfə daha arzuolunandır – qəribə qaydadır.

Mən onun yanında dayanıb ona qulaq asırdım, gülürdüm və düşünürdüm ki, qadını sevib, eyni zamanda kasıb olmaq necə də dəhşətlidir.

Deyirlər, ömrün ən çətini ilk yetmiş ildir. Qalanı öz-özünə gedir.

Dünyadakı ən kövrək şey – qadın sevgisidir. Bir səhv addım, söz, baxış və heç nəyi geri qaytara bilmirsən.

Ən güclü hiss – məyusluqdur. İnciklik, qısqanclıq, hətta nifrətdən sonra ürəkdə nəsə qalır, xəyal qırıqlığından sonra isə ancaq boşluqdur.

Üzr istəmək – o demək deyil ki, sən haqsızsan, qarşındakı haqlı. Bu, sizin münasibətinizin başqa şeylərdən daha dəyərli olduğunu göstərir.

“Mənim sevgilim” adlandırdığın insan “sənlə özünü yaxşı hiss edən” deyil, çox insanlar sənlə özünü yaxşı hiss edə bilər. Sənin sevgilin – “sənsiz pis olandır”.

Ürəyin kiməsə doğru meyllənirsə, mübarizə aparma. O bizə nəyin lazım olduğunu hamıdan yaxşı bilir.

Ən güclü nifrət - kiminsə qəlbinə toxunmaq, sonrasa toxunduğun qəlbə tüpürüb getməkdən doğur.

Demək istədiyin bu qədər şey olduğu halda söz tapa bilməmək necə də çətindir.

Sənə dəyər verməyən insanın sevgisini nə qədər çox qazanmağa çalışsan, onun laqeydliyi səni bir o qədər incidəcək.

Onu unutmağa çalışmaq – həmişə onu xatırlamaqdır.

Heç kimə lazım olmadıqlarını düşünən insanlar çox vaxt ən lazımlı insanlar olurlar.

Üç günə səninlə canbirqəlb olmağı bacaranlar ola bilər. Amma illərdir yanında yaşayan insan sənin hansı rəngi sevdiyini belə bilməz.

Dost qalmaq? Soyumuş lavanın arasında sönmüş hisslərlə balaca bağ salmaq? Yox, bizim üçün deyil. Bu, yüngül davalardan sonra olur, o da çox saxta formada.

Sevgini dostluqla ləkələməzlər. Son sondur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728