manera.az
manera.az

Sevgisiz həyat asandır, amma mənasızdır - Tolstoyun aforizmləri

Sevgisiz həyat asandır, amma mənasızdır - Tolstoyun aforizmləri
Manera.az dahi rus yazıçısı Lev Tolstoyun aforizmlərini təqdim edir:

“Sənətkar ona görə sənətkardır ki, əşyaları istədiyi yox, olduğu kimi görə bilir”.

* * *

“Dələ balalayır, insan isə təkmilləşir”.

* * *

“Şüur – instinktdən yayınmaq və bu yayınmağı dərk etmək qabiliyyətidir”.

* * *

“Dostoyevski mənə əziz və bəlkə də, yeganə insan idi ki, ona verdiyim bütün sualların cavabını ala bilərdim”.

* * *

“Hədiyyə etsən belə, onsuz da səndə qalacaq yeganə şey sevgidir”.

* * *

“Çox vaxt cavanlar başqasının yox, özünün ağlıyla yaşamaq istədiklərini deyir. Niyə axı sənə qədər düşünülənləri yenidən düşünməlisən? Hazır olanı götür və yoluna davam et. İnsanlığın gücü də elə bundadır”.

* * *

“Qürurlu insan buz qatıyla əhatələnmiş kimidir. Heç bir başqa hiss bu qatdan içəri keçə bilməz”.

* * *

“Yaxşı şeylər haqqında fikirləş. Bu düşüncə səni xeyir əməllərə sövq edəcək”.

* * *

“Həqiqi dostluq bir-birinə əminlikdən yaranır”.

* * *

“Qoy hər kəs öz qapısının ağzını süpürsün. Onda küçə də təmiz olar”.

* * *

“Taledə təsadüflər olmur. Öz taleyini insan özü yaradır”.

* * *

“Heyvanlara pis münasibət bəsləyən dövlət həmişə yoxsul və cinayətkar olacaq”.

* * *

“Elə yaşamaq lazımdır ki, ölümdən nə qorxasan, nə də onu arzulayasan”.

* * *

“İnsanlardan utanmaq yaxşı hissdir, özündən utanmaq isə ondan da yaxşıdır”.

* * *

“Başqaları haqqında pis, sizin haqqınızda yaxşı danışanlara qulaq asmayın”.

* * *

“Xeyir əməllər edə bildiyin üçün şükürlü ol”.

* * *

“Hansısa bir işi başlamaq istəyirsənsə, onu yaxşı elə. Əgər bunu bacarmayacaqsansa, yaxud istəməyəcəksənsə, bu isə başlama”.

* * *

“Şüur və mənəviyyat həmişə yanaşı olur”.

* * *

“Həyatın gözlənilməz hədiyyələrindən əlini çək, onu özün yarat”.

* * *

“Məhəbbəti anlamaq üçün səhv edib sonra düzəltməlisən”.

* * *

“Özümüz barədə həqiqəti hətta özümüzə də nadir hallarda deyirik”.

* * *

“Xoşbəxt olmaq üçün ən əvvəl xoşbəxtliyin özünə inanmalısan”.

* * *

“Ən çətini dilini saxlamağı bacarmaqdır – elə ən vacibi də”.

* * *

“Müharibənin fəsadları həmişə kütləvi yoxsulluq və kütləvi pozğunluq olacaq”.

* * *

“Borcunu yerinə yetir. Dərhal öz qiymətini biləcəksən”.

* * *

“Sevgisiz həyat asandır, amma həm də mənasızdır”.

* * *

“Bilik hədəf yox, silahdır”.

* * *

“Günəş bədəni isitdiyi kimi, sevinc də ruhu isidir”.

* * *

“Xoşbəxtlik – istədiyini eləmək yox, elədiyini istəməkdir”.

* * *

“Hər şeyin başında xeyirxahlıq dayanır. O olmadan ən yaxşı keyfiyyətlər belə qara qəpiyə dəyməz, onunla isə hətta bütün naqisliklər də bağışlanır”.

* * *

“Darıxdırıcı olmayan bütün incə sənətlər yaxşıdır”.

* * *

“Şərə qalib gəlməyin yalnız bir yolu var – pis adamlara yaxşılıq etmək”.

* * *

“Dünya iztirab çəkənlərə görə irəli gedir”.

* * *

“Əgər kafir daha öz taxta tanrısına inanmırsa, bu o demək deyil ki, Tanrı yoxdur, sadəcə, Tanrı taxtadan deyil”.

* * *

“Dəlilər həmişə öz məqsədlərinə ağıllılardan daha tez çatırlar. Çünki onlar üçün heç bir mənəvi qadağa, xəcalət, ədalət, hətta qorxu hissi belə yoxdur”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30