manera.az
manera.az

Rusiyada Nazim Hikmət adına Fond yaradılıb

📅 03.06.2020 10:25

Rusiyada Nazim Hikmət adına Fond yaradılıb
Moskvada böyük türk şairi Nazim Hikmət adına Mədəniyyət və İncəsənət Fondu yaradılıb.

Manera.az xəbər verir ki, Fond şairin irsinin öyrənilməsi, onu yeni nəsillərə tanıtmaq, eləcə də Rusiya və Türkiyə mədəni əlaqələrinə töhfə vermək və iki ölkə arasında dostluq körpüsü rolunu oynamaq məqsədilə təsis edilib.

Yeni yaradılmış Fond Rusiyanın mədəniyyət və incəsənət dünyası ilə, eləcə də təhsil müəssisələri ilə əməkdaşlıq etmək niyyətindədir.

Fondun məqsədlərindən biri də Moskvada Nazim Hikmət Muzeyinin yaradılmasıdır.

Qeyd edək ki, 1963-cü ildə Moskvada vəfat edən Nazim Hikmət "Novodeviçe" qəbiristanlığında dəfn olunub.

Rusiyadakı türk diasporu tərəfindən hər il iyunun 3-ü Nazim Hikmətin xatirə günü keçirilir.


Baxış sayı - 1 064 | Yüklənmə tarixi: 03.06.2020 10:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930