manera.az
manera.az

Azərbaycanda koronavirusla bağlı son vəziyyət

📅 30.05.2020 14:02

Azərbaycanda koronavirusla bağlı son vəziyyət
Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqlayıb.

Operativ Qərargahdan Manera.az-a verilən məlumata görə, son sutka ərzində daha 257 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 202 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948, 1953 və 1957-ci il təvəllüdlü üç nəfər vəfat edib.

Hazırki dövrədək ölkəmizdə 5246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3327 nəfər müalicə olunaraq sağalıb, 61 nəfər vəfat edib, 1858 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 58 nəfərin vəziyyəti ağır, 68 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 294.264 test aparılıb.


Baxış sayı - 750 | Yüklənmə tarixi: 30.05.2020 14:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930