manera.az
manera.az

Bu il Prezident təqaüdü alacaqların adları nazirliyə göndərildi

📅 10.05.2020 14:15

Bu il Prezident təqaüdü alacaqların adları nazirliyə göndərildi
“2020-2021-ci illərdə Prezident təqaüdü alacaq yazıçı və şairlərin siyahısı hazırdır. Azərbaycan Yazıçılar Birliyi siyahını artıq Mədəniyyət Nazirliyinə göndərib”.

Manera.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza deyib. AYB sözçsü bildirib ki, ənənəyə sadiq qalaraq qurum bu dəfə də 70 nəfərlik siyahı hazırlayıb: “Prezident təqaüdü alacaq yazıçı və şairlərdən 50 nəfəri yaşlı və orta, 20 nəfər isə gənc nəslin nümayəndəsidir. Əslində biz əvvəlki illərdə təqaüd alanların da adlarını yenidən siyahıya əlavə edə bilərik. Hətta siyahını təkrar təqdim etmək də mümkündür. Amma növbətçilik prinsipi pozulmaması, ədalətlilik prinsipinin qorunması, bütün üzvlərin təqaüddən yararlanması üçün siyahıya əvvəllər adları olmayanların adları daxil edilib”.

Qeyd edək ki, gənc yazarlar üçün prezident təqaüdü 200, yaşlı nəsl şair və yazıçılar üçün 300 manat müəyyən olunub. Təqaüdün müddəti bir ildir.


Baxış sayı - 1 094 | Yüklənmə tarixi: 10.05.2020 14:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031