manera.az
manera.az

Koroğlu haqqında roman yazıldı - Foto

📅 05.05.2020 10:00

Koroğlu haqqında roman yazıldı - Foto
Azərbaycanın xalq qəhrəmanı Koroğlu haqqında "Koroğlu" romanı çap olunub.

Manera.az xəbər verir ki, romanın müəllifi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, yazıçı-publisist Vüqar Əhməddir.

Kitabın "Ön söz"ünün müəllifi AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoydur.

Bədii əsərin rəyçisi “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı, redaktoru isə Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi Təhminə Vəliyevadır.

Tarixi mövzuda qələmə alınan əsər “Ecoprint” nəşriyyatında çap olunub. 352 səhifədən ibarət əsər müəllifin 4-cü romanıdır.

Koroğlu haqqında roman yazıldı - Foto


Baxış sayı - 1 251 | Yüklənmə tarixi: 05.05.2020 10:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031