manera.az
manera.az

Operativ Qərargah: Məktəblərin açılması müzakirə mövzusu deyil

📅 15.04.2020 17:56

Operativ Qərargah: Məktəblərin açılması müzakirə mövzusu deyil
Sabitləşmənin davam etməsi istiqamətin müsbətə yönəlməsi deməkdir.

Karantin müddətinin yaxın vaxtlarda bitməsi və tədrisin bərpa olunması hələ ki müzakirə mövzusu deyil.

Manera.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bu, virusa qalib gəlmək kimi başa düşülməməlidir:

"Ola bilər ki, vəziyyət Azərbaycanda yaxşı olar. Amma bu, o demək deyil ki, biz karantindən əvvəlki vəziyyətə qayıdaq və dərslər başlansın. Bu, hələ bəlli deyil. Məktəblərin başlanması karantin rejimindən çıxdıqdan sonra mümkündür. Karantin müddətinin yaxın vaxtlarda bitməsi və tədrisin bərpa olunması hələ ki müzakirə mövzusu deyil".


Baxış sayı - 945 | Yüklənmə tarixi: 15.04.2020 17:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930