manera.az
manera.az

Jurnalistlər üçün karantin qaydaları açıqlanıb

📅 02.04.2020 10:18

Jurnalistlər üçün karantin qaydaları açıqlanıb
“Jurnalistlərin fəaliyyətinə məhdudiyyət yoxdur”.

Bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

O deyib ki, jurnalistlər də rayonlar və şəhərlərarası hərəkətə qoyulmuş qadağalara əməl etməlidir:

“Bakıda yaşayan jurnalist Bakı, Sumqayıt və Abşeronda sərbəst fəaliyyət göstərəcək. Amma rayonlara gedə bilməz. Gəncədə işləyən jurnalist də Bakıya gələ bilməz”.

DİN-in rəsmi Əziz Baqişev isə deyib ki, jurnalistlər və hər bir şəxs küçəyə çıxarkən üzərində xidməti vəsiqə və ya iş yerindən arayış olmalıdır: “Vəsiqə yoxdursa, arayış verməlidir. Əgər vəsiqə varsa, arayışa ehtiyac yoxdur”.


Baxış sayı - 845 | Yüklənmə tarixi: 02.04.2020 10:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930