manera.az
manera.az

"Oxu günü" bu il onlayn keçiriləcək

📅 26.04.2020 14:49

"Oxu günü" bu il onlayn keçiriləcək
29 apreldə "Oxu günü" keçiriləcək.

Manera.az xəbər verir ki, koronovirus pandemiyasından dolayı karantin rejimi elan edildiyi üçün, "Oxu günü" bu il onlayn formada keçiriləcək.

Siz də kitab oxuyaraq #Oxugünü#gəlinbirgəoxuyaq həştəqləri ilə kitab festivalına qoşula bilərsiniz.

İdeya müəllifi təhsil mühəndisi, dosent Şəmil Sadiq olan "Oxu günü" layihəsi 2015-ci ildən Hədəf Nəşrlərinin təşkilatçılığı ilə həyata keçirilir.

Layihəni həyata keçirməkdə məqsəd mütaliəyə marağı artırmaq, oxu vərdişlərini inkişaf etdirməkdir.

Deməli, ya yazı statusu şəklində, ya da video çəkərək bu günlərdə oxuduğunuz və məsləhət bildiyiniz kitab haqqında təəssüratınızı bölüşürsünüz. Üstəlik, estafeti hansısa kitabsevər dostunuza ötürürsünüz. Paylaşım edərkən qeyd olunan heşteqlərdən istifadə etməyi unutmayın ki, silsilə izlənə bilinsin və kampaniya xarakteri alsın. "Oxu Günü-6"nı bu il onlayn keçirək ki, ənənə itməsin. Ümid edək ki, gələn il yenə açıq hava altında, fləşmoblar şəklində keçirə biləcəyik. Hər kəsə kitablı günlər arzusu ilə #gəlinbirgəoxuyaq!


Baxış sayı - 602 | Yüklənmə tarixi: 26.04.2020 14:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031