manera.az
manera.az

"Azərbaycan bu sınaqdan da üzüağ çıxacaq" - Deputat

📅 19.04.2020 13:22

"Azərbaycan bu sınaqdan da üzüağ çıxacaq" - Deputat
"Prezident insanlara dəstək məqsədilə bütün addımları atır"

"Bildiyiniz kimi, pandemiyanın yayılması ölkəmizin iqtisadiyyatına da təsirsiz ötüşmədi. Dövlət bu səbəbdən çətinliklə üzləşən insanlara dəyən ziyanın aradan qalıdırlması üçün ardıcıl və məqsədyönlü tədbirlərə başladı". Bunu millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev bir neçə mühüm sərəncam imzaladı, sosial yardım paketləri hazırlandı: "Artıq 120 mindən artıq insan dövlətin bu imkanından yararlanıb, 23 milyona yaxın vəsait ödənilib, proses hələ də davam edir. Dünən dövlət başçısı videokonfransda çıxışı zamanı pandemiyadan zərər görən işsiz vətəndaşlara verilən 190 manat yardımın növbəti mərhələdə 600 min insana şamil edəcəyini bildirdi. Bu onu göstərir ki, cənab Prezident bu prosesdən əziyyət çəkən insanlara dəstək məqsədilə gərəkən bütün addımları atır və atacaq. Dövlət hər bir vətəndaşının yanındadır, onun qayğısı hər kəsi əhatə edir. Pandemiayadan zərər görən işsiz vətəndaşlara verilən 190 manat yardımın növbəti mərhələdə 600 min insana şamil ediləcəyi barədə cənab Prezidentin tapşırığı onun ölkə vətəndaşlarının sosial durumunun yaxşılaşdırılmasına verdiyi önəm və dəyərin göstəricisidir. Azərbaycan bir çox sınaqlardan üzüağ çıxdığı kimi bu çətinliklərin də öhdəsindən uğurla gələcək". /SİA


Baxış sayı - 572 | Yüklənmə tarixi: 19.04.2020 13:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031