manera.az
manera.az

Sevgilər yoluxucudur axı - Şeirlər

Sevgilər yoluxucudur axı - Şeirlər

***
Sən demə,
kəpənək ümidinə qalan susuz bir çiçəkmiş adam.
Güvəndiyin anı birnəfəsə yaşamırsansa,
ən yaxın tənhalıq da bir ağac səndən yaxındı sevdiklərinə.
Tavanda bir az donmuş zaman, pəncərədə yatıb qalmış payız halsızlığı ,
Balıq nəfəsini iməkləyən çarpayımın əluzunluğu və
çılpaq otağımın döşəməyə sərilmiş sükut həyasızlığı....

Hər gün əllərinin dibinə su tök,
nə şüşədəki yağış darıxsın ,nə yağışdakı ürəyin.

Akvarium gözlərindəki qayığın sahildə gözləyəni var axı ...
Darıxmaq bir yana ,
nədəndi son zamanlar güzgüdəki şəkillər balıqlar təki ölür...

Qocalırsansa,
demək xatirələrin can üstədi...........
Adamlar ağac ola bilmədilər,
Qucaq ola bilmədilər,
Ocaq ola bilmədilər
əlləri ancaq qan istədi
Açın pəncərələrinizi,ürəyinizə baxın…
deyirlər çöldə günəş titrəyir, sevgilər yoluxucudur axı…..


* * *
Payız yükünü daşıyır kağız qayıqlarda, papiros kötükləri göynədikcə
mayaq təki pəncərələrin önündə ...
Ömrün hardan başlayırsa,hər axşam köçəcəyin yerdi ora…
ağac da ən ucuz ümiddi,bir quş belə ovunmursa köksündə.

Çiynində qışı gəzdirən adam əllərini gün işığından gizlədər.
Yaşamağa darıxmırsansa, bapbalaca görünəcəksən
Bir damla yağışın önündə belə…
Səhra deyilsənsə,dəyməz ovuc-ovuc daşıdığın göz yaşlarına…
Hələ azadlığın qələbən deyil ki, ay adam,
kor ovçuluğundu...
üzünə adamlar örtülürsə,
balıqlar gözünə qumtək səpilirsə,
öz sükutun özünə qənimdi demək...
Qopduğun insan bətni deyil ki, qırilib dirsəklənəsən daş içinə.
Min illərdi yol gəlirsən Allah olub doğulmağa.
Bu yağışın tüstüsü sərxoş elədi məni,
Bir az da biz üzək
kağız qayıqda…


* * *
Eşq oyunları uduzmaq üçündü, sevdalım.
Oxşama ürəyində səni biryolluq tərk edən mahnıları...
Uçulmuş tərəfindən göyərirsənsə,
Quraqlıq olacaq bu yağış.....

Haçandı barmaqlarımın ayağı sürüşür ,
misra quruluğunda...
Körpədi yağışlar,tənhalığımla silmə üz -gözlərini...
Ağacların intahar gününə gedirlər, əlləri üşüyür...

Sənsə, mənə ərimək üçün ömrümün ən qaranlıq küncünü
Sonuncu yarpaqdan asırsan....
Evimizdə ovunan nə varsa hamısına su çilə...
Bəlkə heç payız gəlmədi...

Bütün qələbələr məğlubiyyətin doğulduğu yuvadı,
Və sən əllərini unutduqlarının yolunda basdır.
Təzədən doğulsan, gecələməyə bir ömür yerin olsun...

Eldar İSMAYILOĞLUБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031