“Evdə qal, cəmiyyəti qoru” - Yeni kampaniyaya start verilib

QHT rəhbərləri “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına başlayıb.
Manera.az xəbər verir ki, martın 27-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası REAL TV ilə birlikdə koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına start verib.