manera.az
manera.az

Aşıq Alının kitabı təqdim olunacaq

📅 21.02.2020 06:52

Aşıq Alının kitabı təqdim olunacaq
Martın 5-i, saat 15-də, Atatürk Mərkəzində Aşıq Alının “Nə qaldı” kitabının təqdimatı keçiriləcək.

Manera.az xəbər verir ki, kitabda görkəmli el sənətkarı Aşıq Alının fərqli mənbələrdən götürülmüş, aşıq ədəbiyyatının ən müxtəlif janrlarında olan şeirləri toplanıb. Əldə olan mətnlərə tənqidi yanaşan tərtibatçı çoxsaylı deyim və sözlərə, dini-mifoloji məfhumlara aydınlıq gətirmiş, cinasları yenidən qurub şərh etmişdir.

Bu kitabla Aşıq Alı irsi ilk dəfədir ki, oxuculara tam şəkildə çatdırılır. Kitab folklorşünaslar, aspirantlar, tələbələr, orta məktəblərin ədəbiyyat müəllimləri, aşıq şeiri həvəskarları və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, kitabın redaktoru Əsəd Cahangirdir. 400 səhifəlik kitab İlham Qəhrəmanın şəxsi vəsaiti ilə çap olunmuşdur./kulis.az/

Aşıq Alının kitabı təqdim olunacaq


Baxış sayı - 829 | Yüklənmə tarixi: 21.02.2020 06:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031