manera.az
manera.az

Dərdə yağış yağırmı? - Şeirlər

📅 18.02.2020 12:07

Dərdə yağış yağırmı? - Şeirlər
Gecəyə nəfəs

Gecə düşür gecəmə
Yenə məndən can umur
Deyir yaşat məni də ,
Gözlərimsə yumulur
Gecənin qaranlığı
Səssizliyə səs verir
Yuxusuz gecələrim
Gecəyə nəfəs verir !

Dərdə yağış yağırmı?

Çətir tutub qəlbimə onu gizləmişəm mən
Bilmirəm ki dərdlərə yağış yağırmı görən?
Əsən çisginli rüzgar pəncərəmə iz salır
Çöldə soyuq bir hava
Sinəmdə qəlbim yanır
Dərdə yağış yağırmı?
Aman Allah deyirəm
Amandır gün çıxmasın
Yağış yağmayan dərdi günəş də qızdırmasin !!!

Bu bizikmi ?

Bu sənsənmi ,bu mənəmmi?
Bu bizikmi ?
Sən hər gecə tənhalaşan qərib biri
Mənsə sənsiz ölən diri
Bu sənsənmi ?Bu mənəmmi?
Sən hər sabah dərd içində oyanırsan
Mənsiz olan otağında dolanırsan
Mənsə sənin kölgənə də həsrət biri
Canım yanır diri -diri
Söylə mənə ey sevgili
Bu sənsənmi?
Bu mənəmmi?

Kölə

Qucaqlayib dizini
Sıxırsan gözlərini
Qadalı yaşlar axır
Axır ruhuna sənin
Qəm sığınıbdır sənə
Kədər sənin həmdəmin
Xatirə çəpərindən boylanırsan ,baxırsan
Gözünün qarasından sən ruhuna axırsan
Göz yaşın yanağında bənzəyir dərin gölə
Ürəyinsə dərdlərə zəncirlənmiş bir kölə

Sualının cavabıyam

Gözlərimə sual dolu baxışlarla baxırsan
Nazilmişəm, incəlmişəm dərdindən
Neçə həsrətin sayıyam bilirsən ?
Sualının cavabıyam !

Susma danış deyim sənə
Danışarmı ürək səsin ?
Bir roman hekayəyəm
Bir salama haqqı -sayam
Bəlkə günəm , bəlkə ayam
Sualının cavabıyam !

Sevdasından ayrı düşən
Cansız olan can daşıyam
Bir tabutun üst örtüyü
İçindəki mənsizliyəm
Ruhu çıxan can evimin
Sahibiyəm
Mən bir haray ,mən bir hayam
Sualının cavabıyam!

Gülnarə NUR


Baxış sayı - 1 368 | Yüklənmə tarixi: 18.02.2020 12:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031