manera.az
manera.az

YAĞIŞ - 10-luğa düşən şeir | MANERA.AZ

📅 06.05.2016 13:36

YAĞIŞ - 10-luğa düşən şeir  | MANERA.AZ
Manera.az-ın elan etdiyi müsabiqədə “Ən yaxşı şeir” nominasiyası üzrə Kazım Kazımoviçin 10-luğa düşən şeirini təqdim edirik:

Yağış

Buludlardan tullanan damlaların
paraşütü açılmadı deyə yağış bərk yağırdı...

Çətirimi "xilasedici döşək" misalı açmışdım damlalara.

Bir bomj islanırdı zibil yeşiyinin yanında
Saçlarındakı bitlər boğulurdu yağış suyunda

Qanadları islanmış Muza,
Qulaqıma bir misra pıçıldadı:
Yağışda çətir tutmaq təbiəti təhqir etməkdi.

Bu misradan təsirlənib
Çətirimi bomja bağışladım,
Ayaqqabımın təmizliyini gölməçələrə...

Və Dilimin altında mahnı bəstələdim
yağış səsinə
Yağış yağır inanıram heç kim gözləmir məni...

MANERA.AZ


Baxış sayı - 2 574 | Yüklənmə tarixi: 06.05.2016 13:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930