manera.az
manera.az

Gülnarə Vəlixanlı: Yağış yağır

📅 11.09.2017 11:30



  Gülnarə Vəlixanlı: Yağış yağır

YAĞIŞ YAĞIR

Yağış yağır, deyir dostlar
Qəlbim küskün oturarkən ,
Çöl bayıdan xəbərsizkən,
Dostlar deyir, yağış yağır.
Keçdim eyvan qarşıına.
Yağış yağır həyacanla.
Sevgisinə qovuşmağa,
Tələsən bir sevgilinin,
Sevgisi tək, yağış yağır
Sevgi dolu damlaları
Döyəclədi üz-gözümə.
Dedi durma kənarda sən,
Eyvandan düş gəl yanıma.
Yuyum bütün kədərini.
Qəmgin durma yaz günüdür.
Gəl sərinim hopsun cana
Xoş havanı çək canına.
At qüssəni kədəri sən
Gəl yağışım yağsın cana
Isladaraq vucudunu,
Qəlbə düşsün bir sərinlik.
Yağış deyir hər damcıda
Bir müzdə var veriləsi
Doğulası günəşim var, bil!
Yağan yağış arxasınca!

GÜLNARƏ VƏLİXANLI


Baxış sayı - 4 951 | Yüklənmə tarixi: 11.09.2017 11:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930