manera.az
manera.az

Bakıda Xıdır Nəbi bayramı keçirilib - Fotolar

📅 17.02.2020 17:01

Bakıda Xıdır Nəbi bayramı keçirilib - Fotolar
Xalqımızın qədim adətlərindən biri də baharın ilk müjdəçisi olan Xıdır Nəbi bayramıdır. Bu bayram ta qədimdən ölkəmizin müxtəlif yerlərində, xüsusən də Naxçıvanda mütəmadi qeyd edilir. Bayramın keçirilmə vaxtı da müxtəlifdir, bəzi yerlərdə böyük çilləylə kiçik çillənin arasında, bəzən kiçik çillənin yarısında, daha dəqiqi, kiçik çillənin ikinici cümə günü keçirilir.

Manera.az xəbər verir ki, "Naxçıvanlılar” qrupu artıq bir neçə ildir ki, bu bayramı Bakıda yüksək səviyyədə qeyd etməklə yaşatmağa çalışır.

Bu il də fevralın 15-i Bakıdakı "Atlants” restoranında qrupun üzvlərinin təşkilatçılığı ilə böyük bir tədbir keçirilib.

Tədbirdə ölkənin tanınmış ziyalıları - yazarlar, alimlər, sənət adamları, iş adamları və başqaları iştirak etdi.

Qeyd edək ki, Rüstəm Behrudi, Nurəddin Mehdixanlı, Məti Osmanoğlu, Rüstəm Kamal, Zemfira Məhərrəmli, Nadir Məmmədli, Ramiz Qusarçaylı, Elçin Əlibəyli, Fərqanə Mehdiyeva, İbrahim İlyaslı, Aləm Kəngərli və onlarla başqa tanınmış ziyalılarımızın qatıldığı bayram tədbiri çox böyük coşğu ilə keçdi.

Şənlikdə Xalq artisti İlqar Muradov, əməkdar artistlər Nuriyyə HüseynovaCahangir Qurbanov, Şəmistan Əlizamanlı, Sərxan Bünyadzadə, Vəli Səfərov və başqaları gözəl, milli mahnılar səsləndirdilər.

Rəqs qruplarının rəngarəng rəqsləri, Xıdır Nəbi ilə bağlı el tamaşalarından parçalar, hakıştalar alqışlarla qarşılandı.

Masaları bu bayramın atributları olan qovurğa, Naxçıvan şirniyyatları bəzəyən şənlikdə iştirakçılar əl-ələ verib qara zurnanın müşayəti ilə Yallı getdilər. Sonda möhtəşəm "Azərbaycan” mahnısının sədaları altında səhnəyə bayraqlarımız gətirildi.

Qeyd edək ki, şənlikdə ümumilikdə 200 nəfərə yaxın qonaq iştirak edirdi. Sonda iştirakçılara milli xurcunlarda Xıdır payı hədiyyə edildi. Təşkilatçılar bu ənənənin yaşaması üçün ildən-ilə daha çox iş görmək və bu bayramı ümummilli festivala çevirmək istəklərini dilə gətirdilər./qaynarinfo.az/

Bakıda Xıdır Nəbi bayramı keçirilib - Fotolar
Bakıda Xıdır Nəbi bayramı keçirilib - Fotolar
Bakıda Xıdır Nəbi bayramı keçirilib - Fotolar
Bakıda Xıdır Nəbi bayramı keçirilib - Fotolar
Bakıda Xıdır Nəbi bayramı keçirilib - Fotolar
Bakıda Xıdır Nəbi bayramı keçirilib - Fotolar
Bakıda Xıdır Nəbi bayramı keçirilib - Fotolar
Bakıda Xıdır Nəbi bayramı keçirilib - Fotolar


Baxış sayı - 932 | Yüklənmə tarixi: 17.02.2020 17:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031