HATİCE SATGÜN: Şeirlərim yaşasın

HATİCE SATGÜN GİRESUNÎ
Şeirlərim yaşasın
Yazdığım şeirlərim qoy düşsün dildən-dilə,
Söylənərək yetişsin sözləri eldən-elə.
Bir dadlı sevda düşür hər könüldən-könülə,
Mən gedincə aləmdən şeirlərim yaşasın.
Doğruluqdan baqa söz çıxmadı heç ağzımdan,
Haram loxma keçmədi dar olan boğazımdam.
Bir Fatihə, bir rəhmət oxunsun ən azından,
Mən köçüncə aləmdən şeirlərim yaşasın.
Qələm ilə kəlamın eşqini yazdı könül,
Aəmdəki sevdamın çaşqını gəzdi könül.
Torpaq ilə havanın düşkünü gəzdi könül,
Mən keçincə aləmdən şeirlərim yaşasın.
Kimdə haqqım var isə anam südü ağ olsun,
Halal etdim qəlbimdə yuyunub da pak olsun.
Haqq yoluyla hər gedən o Haqqa ilhaq olsun,
Mən gedincə aləmdən şeirlərim yaşasın.
Adım unudulsa da Giresundur mahlasım*,
Giresun dağlarında fındıq boyda almazam.
Vətənim namusumdur, imanıma həssasam,
Mən köçüncə aləmdən şeirlərim yaşasın.
BACARMAYACAQSINIZ
İnsan öldü insansızıq,
İnsanlıqda çox yalnızıq.
Canavartək gəlsəniz də
BACARMAYACAQSINIZ.
Daha halın körpə quzu,
Qoysalar da canda sızı.
Şeytanların zalım üzü,
BACARMAYACAQSINIZ.
Qanlar axır damarımda,
Ürək vurur sol yanımda.
Həm dinimlə, imanımla
BACARMAYACAQSINIZ.
Mənim adım Türk övladı,
İslamın ta beş miladı.
Bitdi sanma o müddəti,
BACARMAYACAQSINIZ.
Ruhumdakı əzəlimi,
Sildim sanma gözəlimi.
Haqq yenilər enerjimi,
BACARMAYACAQSINIZ.
Külündən doğular Anka,
Geyindiyim haqdan xirqə.
Bulammazsan əsla arxa,
BACARMAYACAQSINIZ.
İnsanlığı ölmüş olan,
Zalımlarla yalan dolan,
Nəmrut ilə kor bir şeytan
BACARMAYACAQSINIZ.
Məzlumların ahı vardır,
Xainin günahı vardır.
Qılıncların şahı vardır,
BACARMAYACAQSINIZ.
Bu vətənin xamırında,
Şəhid qanı var ununda.
Tək bildiyim ən sonunda
BACARMAYACAQSINIZ.
Qan qırmızı bayrağıma,
Tikanıma, yarpağıma.
El sürdürməm torpağıma,
BACARMAYACAQSINIZ.
Vətən dedim, bayraq dedim,
Can verdi o can Mehmetim.
Şeytan desin - yenəmmədim,
BACARMAYACAQSINIZ.
Hər ocaqdan min can bağış,
Vətən üçün qutlu yağış.
Salam olsun – adım barış
BACARMAYACAQSINIZ.
Dövlətimin, millətimin,
Əziz olan şəhidimin,
Həm Süleyman Fatehimin
BACARMAYACAQSINIZ.
Məhəmmədin sözü ilə,
Peyğəmbərin gözü ilə,
Cənab Allah üzü ilə
BACARMAYACAQSINIZ.
Baş qoyaram, sər verərəm,
Qatran töküb, tunc əridərəm.
Giresunu devirərəm,
BACARMAYACAQSINIZ.